Azərbaycan Psixiatriya Jurnalı ölkəmizdə psixiatriya sahəsində ilk və yeganə müstəqil elmi-praktik mətbu orqanıdır. Azərbaycan Psixiatriya Jurnalı 1999-cu ildə təsis edilmişdir və hal-hazırda bu jurnalda ümumi psixiatriya, uşaq psixiatriyası, psixofarmakoterapiya, psixonevrologiya, psixoterapiya, narkologiya və psixi sağlamlığın təşkilinə dair elm məqalələr çap olunur.
Azərbaycan Rеspublikası Prеzidеnti yanında Ali Attеstasiya Kоmissiyasının qərarı ilə, jurnal dissеrtasiyaların əsas nəticələrinin dərc оlunması tövsiyə еdilən еlmi nəşrlərin siyahısına daхildir.
Ümumi məlumat:
-
ISSN 2072-4306
-
dövrülük – 2 nömrə ildə
-
format – А5
-
həcmi (səh.) – 120-150
-
təsisçi — Azərbaycan Psixiatriya Assosiasiyası, Azərbaycan Tibb Universiteti
-
baş redaktor – tibb elmləri doktoru, professor, Fuad Nadir oğlu İsmayılov