top of page

 

MÜƏLLİFLƏR ÜÇÜN

QAYDALAR

Azərbaycan Psixiatriya Jurnalına (AzPJ) çap üçün yalnız digər mənbələrdə dərc olunmamış məqalələr  təqdim edilə bilər. Hər hansı digər mətbu orqanlarına yönləndirilmiş işlərin nəşriyyata təqdim edilməsi yolverilməzdir.

Nəşriyyata daxil olan bütün məqalələrə rəy verilir.

1. Məqalələr elektron formatda jurnalın baş redaktorunun elektron ünvanına - fuadismayilov@psychiatry.az və ya online göndərilir.

2. Titul vərəqəsində qeyd edilməlidir:

  • Məqalənin azərbaycan, rus və ingilis dillərində adı;

  • Azərbaycan, rus və ingilis dillərində müəllifin (müəlliflərin) adının baş hərfi və soyadı;

  • İşin yerinə yetirildiyi müəssisənin (müəssisəllərin) azərbaycan, rus və ingilis dillərində tam adı; əgər müəlliflərin sayı bir nəfər deyildirsə, hər bir müəllifin soyadının sonunda və onun çalışdığı müəssisənin adının önündə rəqəmlə qeyd yazılır;

  • Müəlliflər haqqında məlumatlarda ad, soyad, atasının adı (tam şəkildə), alimlik dərəcəsi, alimlik adı,  müəssisə/müəssisələrdəki vəzifəsi qeyd edilir.

  • Nəşriyyatla əlaqəyə görə məsuliyyət daşıyan müəllif birinci olaraq qeyd edilir; onun mobil telefon nömrəsi və elektron poçt ünvanı yazılmalıdır.

3. Məqalənin adı qısa və informativ olmalıdır. Qısaltmalar və abbreviaturalar, həmçinin preparatlar, tibbi aparat, diaqnostik təchizat, diaqnostik testlər və s. istifadə edilmir.

4. Ayrıca səhifədə boşluqlarla birgə 250 söz həcmində azərbaycan, rus və ingilis dillərində xülasə (annotasiya) yerləşdirilir. Xülasədən sonra azərbaycan, rus və ingilis dillərində açar sözlər (əhəmiyyətlilik sırasına görə 8-dən çox olmamaqla) təqdim edilir.

  • Xülasə nəşrin əsas bölmələr üzrə məzmununun qısa və ardıcıl şərhidir və materialın şərhedilmə məntiqinə müvafiq olaraq konkret məlumatlar təqdim etməklə nəticələrin təsvirini və  məqalənin məzmununu əks etdirməlidir.

  • Məqalələrə yazılan xülasənin quruluşu növbəti şəkildə olmalıdır: məqsəd; üsul; nəticələr; yekun. Bütün bölmələr maili şriftlə xüsusi seçilməlidir.

5. Məqalə məzmununun tərtibatına qarşı tələblər:

  • Vərəqin formatı – А4, şrift – Times New Roman, şriftin ölçüsü – 12, sətirlərarası interval – 1,5. Nəşriyyata göndərilmə zamanı material Word  sənəd (.doc, .docx) formatında saxlanılmalıdır.

  • Məqalələrin həcmi: original sənəd üçün-15, xülasə üçün-20, qısa məlumat üçün -7 səhifədən çox olmamalıdır.

  • Dərman preparatlarının təsviri zamanı onların adı ilk dəfə çəkildikdə aktiv substansiya (beynəlxalq patentləşdirilməmiş adı -MHH) göstərilməlidir; bütün adlar və dozalar ətraflı şəkildə dəqiqləşdirilməlidir

6. Ədəbiyyat. Məqalənin məzmunundakı biblioqrafik istinadlar ədəbiyyat siyahısına müvafiq olaraq müəllifin sitat gətirmə ardıcıllığı uyğun şəkildə kvadrat mötərizədə təqdim edilir. Orijinal məqalələrdə 30-dan çox, xülasə ədəbiyyatında 70-dən çox, digər materiallarda isə 15-ə qədər sitat gətirmək olar.

Ədəbiyyat siyahısında qeyd edilir:

  • Jurnalda məqalədən sitat gətirildikdə- müəlliflərin soyadı və adının baş hərfi (4 müəllif olduqda- hər birini, 4-dən çox olduqda yalnız ilk 3 müəllifi qeyd edib rus dilli mənbələrdə daha sonra “digərləri”, xarici mənbələrdə “et al.” yazmaq  lazımdır), məqalənin tam adı, jurnalın adı qısa şəkildə (qısaltma İndex Medicus və ya Medline üslubuna müvafiq gəlməlidir);

  • Kitab nəşrinin sitat gətirilməsi zamanı (kitablar, monoqrafiyalar, konfrans materialları və s.) – müəlliflərin soyadı və adının baş hərfini, kitabın tam adı, şəhər, nəşriyyat və nəşr ili.

7. Məqaləyə şəkil və cədvəl şəklində minimal sayda illüstrasiya materialı əlavə edilir (fotolar, qrafiklər və s.). Məqalənin mətnində müəllif cədvəl və şəkillərin istinadını göstərir. İllüstrasiya materialının nömrələnməsi adıçəkilmə ardıcıllığına əsasən göstərilir (məsələn: şəkil 1, şəkil 2 və s., cədvəl 1, cədvəl 2 və s.)

8. Materialların qısaldılması, redaktəsi və dərc olunması hüquqları nəşriyyata məxsusdur.

9. Göndərilmiş əlyazmalar geri qaytarılmır.

Müəlliflər üçün qaydaları  və biblioqrafiyanın tərtibat nümunəsini ətraflı əks etdirməklə məqalənin nəşrinə dair müqavilə AzPA saytında, Azərbaycan Psixiatriya Jurnalı bölməsində tanış olmaq olar.

Nəşriyyatın qaydalarına müvafiq şəkildə tərtib edilməmiş məqalələr qəbul edilmir və onlara rəy verilmir.

bottom of page